Düşənbədə Mərkəzi Asiya dövlətlərinin Azərbaycan və Əfqanıstanla əməkdaşlığı müzakirə olunub

Düşənbədə Mərkəzi Asiya dövlətlərinin Azərbaycan və Əfqanıstanla əməkdaşlığı müzakirə olunub
08:07 12 Noyabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Düşənbə şəhərində “2030-cu ilədək SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatı üçün Xüsusi Proqramı) regionunda davamlı inkişaf sahəsində gündəlikdə duran məsələlərin həyata keçirilməsinin və monitorinqinin dəstəklənməsi” devizi ilə Beynəlxalq SPECA İqtisadi Forumu və SPECA Rəhbərlər Şurasının 10-cu sessiyası öz işini davam etdirir.
Forumda Azərbaycanı iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, nazirliyin müşaviri İlqar Qasımlı və ölkəmizin Tacikistandakı səfiri Abbasəli Həsənov təmsil edir.
Tədbirin ikinci günü iqtisadiyyat, nəqliyyat, su-enerji ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları sahəsində regional inkişaf prosesləri və digər məsələlər müzakirə olunub.
Deyilib ki, forum Mərkəzi Asiya dövlətlərinin Azərbaycan və Əfqanıstanla energetika, nəqliyyat infrastrukturu, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafına kömək edəcək.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/forum-merkezi-asiya-dovletlerinin-azerbaycan-ve-efqanistanla-emekdasliginin-inkisafina-tekan-verecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR