x
Loading...

ŞOK: Məşhur müğənnilər saçyolduya çıxdılar

ŞOK: Məşhur müğənnilər saçyolduya çıxdılar
16:11 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Türkiyənin iki məşhur qadın müğənnisi yumruq davasına çıxıb.

ANS PRESS-in məlumatına görə, müğənni Tuğba Özayla həmkarı Ebru Polat eyni gündə bir məkanda səhnəyə çıxıblar. Səhnəyə ilk çıxan Tuğba Özay olub. Konsertə gecikən Özay gecə 2:00-da səhnəyə çıxıb. Buna görə də Ebru Polatın çıxışı irəliləyən saatlara qalıb. 1 saat səhnədə mahnılar oxuyub səhnə arxasına keçən Özaydan sonra sıra həmkarına çatıb. E. Polat məkanın boşaldığını görəndə özündən çıxıb.

Ebru Polat səhnə arxasında Tuğba Özaya “Sənə görə, müştəri qalmadı. O möhtəşəm səsinlə məkanı boşaltdın”- deyə üsyan edib. Bu sözlərdən sonra əlbəyaxa dava düşüb. Saç-saça tutuşan iki məşhuru məkanın təhlükəsizlik xidmətinin əməkdaşları güclə ayıra bilib.

Ebru Polat da 03:30-da çıxdığı səhnədən yarım saat sonra enərək evinə yollanıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR