​ABŞ fond indekslərinin əksəriyyəti ucuzlaşıb

​ABŞ fond indekslərinin əksəriyyəti ucuzlaşıb
09:27 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Noyabrın 11-də Amerika fond bazarında Dow Jones indeksi 0,32% ucuzlaşaraq 17 702,22 bənd, S&P 500 0,32% azalaraq 2 075,00 bənd, Nasdaq isə 0,32% geriləyərək 5 067,02 bənd təşkil edib.
"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,35% bahalaşaraq 6 297,20 bənd, Fransa CAC-40-ı 0,82% artaraq 4 952,51 bənd, Almaniya DAX-ı isə 0,70% irəliləyərək 10 907,87 bənd olub.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,40% ucuzlaşaraq 1 086,90 dollar olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0754 (+0,12%) təşkil edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/abs-fond-indekslerinin-ekseriyyeti-0-32-ucuzlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR