Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı

Piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
09:37 12 Noyabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S/REGİON TV xəbər verir ki, ötən gecə 00:20 radələrində Şəkidə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Qəza zamanı 1969-cu il təvəllüdlü, Şəki rayon İncə kənd sakini İsmayılov Mübariz Qurbanəli oğlunu naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Xəsarət alan şəxs elə hadisə yerindəcə keçinib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon Şöbəsinin Meyitlərin Təsrihi bölməsinə gətirilib. Hadisəni törədən sürücünün axtarışları isə davam etdirilir. Faktla bağlı Şəki Şəhər Rayon Polis şŞbəsində araşdırmalar aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR