Başıbağlıları təhqir etdiyi üçün üzr istədi - foto

Başıbağlıları təhqir etdiyi üçün üzr istədi - foto
09:56 12 Noyabr 2015
39 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Melek Baykal keçmiş mehmanxanalardan biri olan Hayri İnalı ziyarət edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, məkanın işçiləriylə birgə çəkdirdiyi fotosunu İnstaqramda paylaşdıqdan sonra tənqidlərlə üzləşib. Aktrisa işçilərin başıbağlı olmasını "gerilik" adlandırıb:

"Mehmanxananın divarında buranın sahibi və ailəsinin fotosunu gördüm. Gözlərimə inanmadım, ən az 100 il əvvəl çəkilən fotoda xanımlar son dərəcə mədəni və kübar görünürlər. Lakin başımı arxaya çevirəndə gördüyüm mənzərə təəssüfləndirici idi. Onlarla da foto çəkdirdim... Biz nə zaman və niyə bu qədər geriyə getdik?".

Tənqidlərdən sonra hesabını bağlamaq məcburiyyətində qalan M.Baykal yazılı açıqlama yayaraq, həmin yerə yenidən getdiyini, üzr istədiyini və bələdiyyə işçilərinin onu xoş qarşıladığını deyib:

"Dünənki paylaşıma görə üzr istəyirəm. Şərhlərdən sonra seçdiyim sözlərin səhv olduğunu anladım. Mən kiminsə qonağı olub sonra onları təhqir edəcək biri deyiləm".

Qeyd edək ki, M.Baykal "Cənnət məhəlləsi" serialındakı rolu ilə sevilir.






Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40610

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR