ABŞ-ın İKT şirkətləri Bakıya gələcək

ABŞ-ın İKT şirkətləri Bakıya gələcək
10:06 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakıda noyabrın 19-da Amerika Birləşmiş Ştatlarının (ABŞ) iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu  (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) birgə təşkilatçılığı ilə Bakıda Azərbaycan-ABŞ İşgüzar Görüşü keçiriləcək.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirə tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik,  yanğınsöndürmə texnologiyaları, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 ABŞ şirkətinin qatılacağı gözlənilir. 
 
Aynur Vəliyeva



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR