“Akkord” şirkətinin apellyasiya şikayətinə baxılıb

“Akkord” şirkətinin apellyasiya şikayətinə baxılıb
10:42 12 Noyabr 2015
11 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “AzSığorta” ASC-yə qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.
“Report” xəbər verir ki, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin sığorta şirkətinin xeyirinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il “AzSığorta” ASC “Akkord” şirkətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti subroqasiya qaydasında zərərin əvəzinin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan “Akkord” şirkəti isə apellyasiya şikayəti verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR