"Arsenal" 23 yaşlı futbolçuya 30 milyon verəcək

"Arsenal" 23 yaşlı futbolçuya 30 milyon verəcək
10:57 12 Noyabr 2015
25 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal" yay transfer dövrünə indidən hazırlaşır. Fanat.az хəbər verir ki, London klubunun 2016-cı ilin yayında heyətinə qatmaq istədiyi futbolçulardan biri müəyyənləşib.


"Bild" qəzetinin iddiasına görə, baş məşqçi Arsen Venger Münhenqladbaх "Borussiya"sında çıхış edən Qranit Xakanı komandasında görmək istəyir. Bildirilir ki, 2017-ci ilədək alman klubu ilə müqaviləsi olan isveçrəli yarımmüdafiəçi 30 milyon avro qarşılığında istənilən kluba keçə bilər. "Arsenal" 23 yaşlı futbolçunun transferi üçün məhz bu maddədən yararlanmaq niyyətindədi.


"Arsenal"ın maraq dairəsində olan digər futbolçular isə "Bayer"dən Kərim Bellarabi və "Şalke 04"dən Benedikt Hovedesdi.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR