DSMF sədri Elman Mehdiyev Ağcabədidə vətəndaş qəbulu keçirəcək

DSMF sədri Elman Mehdiyev Ağcabədidə vətəndaş qəbulu keçirəcək
11:03 12 Noyabr 2015
25 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirəcək.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, DSMF sədri E.Mehdiyev 19 noyabr 2015-ci il tarixdə, saat 11:00-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində Ağcabədi, Beyləqan, Bərdə, Zərdab, Laçın rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Ağcabədi rayon şöbəsində (02122) 5-50-54
Beyləqan rayon şöbəsində (02122) 5-29-63
Bərdə rayon şöbəsində (02020) 5-71-11
Zərdab rayon şöbəsində (02029) 6-45-59
Laçın rayon şöbəsində (02127) 7-84-28

Qəbulda iştirak edəcək vətəndaşların noyabrın 19-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR