Külək Azərbaycanın bir rayonunu işıqsız qoydu, ağacları aşırdı

Külək Azərbaycanın bir rayonunu işıqsız qoydu, ağacları aşırdı
11:05 12 Noyabr 2015
26 Ölkə
Ölkə mətbuatı
A- A+

KANAL S /REGİON TV xəbər verir ki, payız artıq sərt üzünü göstərməyə başlayıb. Şimal-qərb bölgəsində son günlər müşahidə olunan mülayim hava öz yerini yağışlı, küləkli havaya verib. İsmayıllıda dünən güclü külək bir sıra fəsadlara yol açıb.

Ötən gün İsmayıllıda başlayan külək gecə saatlarında daha da güclənib. Təbiət hadisəsi rayonda bir sıra təsərrüfatlara ziyan vurub. Bütün kəndlər, eləcə də şəhər mərkəzində elektrik kəsilib. Bir çox ərazilərdə irigövdəli ağaclar küləyin şiddətinə tab gətirməyərək aşıb. Rayonun Gəraybəyli kənd sakininə məxsus bir evin üzərinə ağac aşıb, tikilinin dam örtüyünü yararsız hala salıb. Xoşbəxtlikdən, hadisədə xəsarət alan olmayıb. Külək eləcə də bəzi evlərin, tikililərin dam örtüyünü dağıdıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün tədbir görülüb. Rayonda elektrik enerjisinin verilişi bərpa edilib. Qırılan, aşan ağaclar ərazidən təmizlənib. Qeyd edək ki, hazırda rayonda külək dayanıb və sabit hava şəraiti hökm sürür. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/381839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR