Bakı derbisində "Loko" qalib gəldi (FOTO)

Bakı derbisində "Loko" qalib gəldi (FOTO)
11:06 12 Noyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Voleybol üzrə Çempionlar Liqasının "A" qrupunda yer alan 2 klubumuz "Lokomotiv" və "Azərreyl" 2-ci tur çərçivəsində üz-üzə gəlib.

ANS PRESS-in məlumatına görə, oyun Voleybol Mərkəzində baş tutub.

İlk setin əvvəlindən təşəbbüsü ələ alan "Lokomotiv" klubu seti 25:14 hesabı ilə aktivinə yazdırmağı bacarıb. İkinci setə də "Loko" yaxşı başlasa da, buraxılan səhflər "Lokomotiv"ə seti qalib başa vurmağa imkan verməyib ( 22:25). Üçüncü set isə başa baş mübarizə şəraitində keçib ancaq sonda sevinən tərəf "Lokomotiv"li voleybolçular olub ( 25:21). Dördüncü set də eyni hesabla başa çatıb və beləliklə "Lokomotiv" qarşılaşmanı 3:1 hesabı ilə qalib başa vurub.


"Lokomotiv" - "Azərreyl" oyunu

İlk turda "Loko" səfərdə Kazanın "Dinamo"su ilə üz-üzə gəlib. Təmsilçimiz oyundan ( 1:3) hesabı ilə məğlub ayrılıb və rəqibindən cəmi 1 set qopara bilib.

"Azərreyl" klubu isə ilk turda Bakıda Almaniyanın “Ştutqart” klubunu qəbul edib. Oyunda rəqibinə bir set belə hədiyyə etməyən "Azərreyl" matçı 3:0 hesabı ilə qalib başa vurub ( 25:18, 25:23, 25:18).

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR