​İstanbulda İŞİD-in 7 terrorçusu tutulub

​İstanbulda İŞİD-in 7 terrorçusu tutulub
11:07 12 Noyabr 2015
37 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ İstanbulda keçirilən antiterror əməliyyat nəticəsində 11 şübhəli tutulub.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, İstanbulun Bağçılar, Ümraniye, Esenler, Silivri və Bahçelievler rayonalrında 20-dən artıq ünvanda eyni vaxtda əməliyyat keçirilib.
Antitteror tədbiri nəticəsində 7-si xarici ölkə vətəndaşı olmaqla 11 şübhəli tutulub.
Tutulan 7 əcnəbinin İŞİD terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.
Ünvanlarda keçirilən əməliyyat-axtarış nəticəsində qruplaşmaya aid çoxlu sayda təbliğat vasitəsi və rəqəmsal vəsait aşkarlanaraq, götürülüb.
Məlumata əsasən, əməliyyat davam edir, tutulanların sayının artacağı ehtimal olunur.




Xəbərin orijinal ünvanı: http://report.az/region/i-stanbulda-i-si-d

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR