x
Loading...

Qərb bölgəsində qəza, ölü və yaralılar var

Qərb bölgəsində qəza, ölü və yaralılar var
11:11 12 Noyabr 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Bakı- Ucar- Qazax magistral yolunun Ağstafa rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qazax rayonundan Tovuza gedən Tovuz rayon Əlibəyli kənd sakini, 1979-cu il təvəllüdlü Mahir Cəfərovun idarə etdiyi "VAZ 21-06" markalı avtomobil Ağstafanın Qırıqlı kəndi ərazisində hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan digər bir "VAZ 21- 06" markalı maşınla toqquşub.

Qəza zamanı zərbə o qədər güclü olub ki, avtomobillər yararsız hala düşüb. Hadisə zamanı avtomobilin sürücüsü Mahir Cəfərov hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı avtomaşınlarda olan sərnişinlər- 1979-cu il təvəllüdlü Tovuz rayon Aşağı Quşçu kənd sakinləri Sərdar Səməd oğlu Rüstəmov, 1989-cu il təvəllüdlü Seymur Nizami oğlu Qasımov, Arzu Bağırov və Qazax rayon Çaylı kənd sakini Etibar Bənnayev isə müxtəlif dərəcəli xəsarətləri alıblar.

Yaralılar dərhal əraziyə yaxın xəstəxanalara çatdırılıb. Xəstələrin vəziyyətləri hazırda normaldır.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Axşam saatlarında da Goranboy rayonunda "Niva" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin cəlb olunub.

Hadisə yerində "Niva" markalı minik avtamobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364581

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR