Hakimi vuran millimizin sabiq üzvünə 2 il cəza - VİDEO

Hakimi vuran millimizin sabiq üzvünə 2 il cəza -   VİDEO
11:17 12 Noyabr 2015
15 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Viraj" klubunda çıxış edən Azərbaycan milli komandasının sabiq futzalçısı Sərxan Mikayılov hakimi vurduğu üçün sərt cəzalarla üzləşib. 


Rusiya Futbol İttifaqının Nizam-İntizam Komitəsi 40 yaşlı hücumçunu futbolla bağlı bütün fəaliyyətlərdən 2 il müddətinə məhrum edib. O, həmçinin 50 min rubl (təqribən 800 manat) cərimələnib.


Qeyd edək ki, Sərxan Mikayılov hakimi "Kurqan"la ölkə çempionatının oyunu zamanı vurub. Referi onun qayda pozuntusuna yol verdiyini bildirdikdən sonra Mikayılov topu ədalət təmsilçisinə tərəf tullayıb. Bunun qarşılığında qırmızı vərəqə görən futbolçu hakimin sifətinə zərbə endirib.("Report")



Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-hakimi-vuran-millimizin-sabiq-uzvun-2-il-cza-t45394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR