Stolüstü tennisçilərimiz Estoniyaya yola düşüblər

Stolüstü tennisçilərimiz Estoniyaya yola düşüblər
11:18 12 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Noyabrın 12-də stolüstü tennis üzrə Azərbaycanın yığma komandasının üzvləri Denq Simenq və Zou Çuyi baş məşqçi Aleksandr Zudovun rəhbərliyi ilə Estoniyaya yola düşüblər.
Azərbaycan Stolüstü Tennis Federasiyasından (ASTF) AZƏRTAC-a bildiriblər ki, idmançılarımız Haapsala şəhərində tanınmış tennis ustası Albert Kanepinin xatirəsinə həsr olunmuş gənclər və yeniyetmələr arasında keçiriləcək açıq turnirdə iştirak edəcəklər.
Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq xarakterli turnirində idmançılar komanda və şəxsi yarışlarda mübarizə aparacaqlar.
Yarışlar noyabrın 15–dək davam edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR