Xaçmazda batan balıqçılardan daha birinin meyiti tapildi

Xaçmazda batan balıqçılardan daha birinin meyiti tapildi
11:23 12 Noyabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan daha birinin - İlqar Daşdəmirovun meyidi tapılıb.

Trend-in əldə etdiyi məlumata görə, İ.Daşdəmirovun meyidi bu gün səhər saatlarında tapılıb.

Qeyd edək ki, hadisə baş verdikdən sonra itkin düşən üç balıqçının axtarışlarına bir helikopter və FHN-nin Xaçmaz regional bürosunun əməkdaşları cəlb olunmuşdu.

İtkin düşən balıqçılardan birinin Həmzə Nurəddinovun meyidi ötən həftə tapılmışdı. Laçın Laçınovun meyidinin isə hələlik tapılmadığı bildirilir.

İtkin düşən balıqçılardan ikisi rayonun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınovdur, İlqar Daşdəmirov isə Uzunoba kənd sakinidir.

Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində içərisində 3 nəfərin olduğu balıqçı qayığı ilə əlaqə kəsilib. Balıqçı qayığında olan şəxslərlə yaxınları telefonla danışıb. Bir müddətdən sonra isə əlaqə itib və bu barədə FHN-ə məlumat verilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2455363.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR