“Neftçi İdman Klubu”nun cüdoçuları açıq Bakı birinciliyində 11 medal qazanıblar

“Neftçi İdman Klubu”nun cüdoçuları açıq Bakı birinciliyində 11 medal qazanıblar
11:38 12 Noyabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə açıq paytaxt birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Neftçi İdman Klubu”nun yeniyetmə cüdoçuları yarışda 4 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıblar.
Oğlanlar yarışında İbrahim Əliyev (60 kq), Arif Qasımov (81 kq) və Əliqismət Nuriyev (90 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qalib adını qazanıblar. Zərif cinsin nümayəndələrindən isə Şərqiyyə Heydərova (44 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR