x
Loading...
.

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib

​Ümumdünya Poçt İttifaqı Azərbaycanın layihəsini təsdiqləyib
11:42 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+
.

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın Ümumdünya Poçt İttifaqının (ÜPİ) Katibliyinə təqdim etdiyi layihə Bern şəhərində (İsveçrə) ÜPİ-nin Administrativ Şurasının payız sessiyası çərçivəsində təsdiq edilib. Bu barədə "Report"a "Azərpoçt" MMC-dən məlumat verilib.
Belə ki, "Poçtun toplanması və çatdırılmasının inkişaf etdirilməsi" adlı layihənin "Azərpoçt"un poçt şəbəkəsində tətbiqi nəzərdə tutulur.
ÜPİ-nin bütün üzv-ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirin ilk həftəsində ÜPİ-nin Qəyyumlar Şurasının toplantıları keçirilib. Şuranın işində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, Şura ÜPİ-nin qurultaylararası fasiləsiz işini təmin edir, normativ, inzibati, qanunverici və hüquqi məsələləri öyrənir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-kt/umumdunya-poct-i-ttifaqi-azerbaycanin-layihesini-tesdiqleyib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR