MTN-in həbs edilmiş 4 əməkdaşının adı məlum oldu

MTN-in həbs edilmiş 4 əməkdaşının adı məlum oldu
11:47 12 Noyabr 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) barəsində həbs - qəti imkan tədbiri seçilmiş 4 əməkdaşının adı məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, həbs edilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin əməkdaşlarıdır.

Məlumata görə, barəsində həbs - qəti imkan tədbiri seçilən şəxslər MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq AlıyevZaur Məmmədovdur.

Xatırladaq ki, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov bir neçə gün əvvəl işindən və milli təhlükəsizlik orqanlarından xaric edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR