Mingəçevirdə mini futbol üzrə “Şəhər kuboku” yarışlarının qalibi məlum olub

Mingəçevirdə mini futbol üzrə “Şəhər kuboku” yarışlarının qalibi məlum olub
11:48 12 Noyabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Mingəçevir, 12 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir şəhərində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin, eləcə də mənzil istismar sahələrinin komandaları arasında keçirilən mini futbol üzrə “Şəhər kuboku” yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yaşar Məmmədzadə adına şəhər stadionunda keçirilən yarışda 8 komanda iki yarımqrupda mübarizə aparıb. Yarışın finalında Mingəçevir Dövlət Universitetinin komandası Mingəçevir Turizm Kollecinin futbolçularına 3:2 hesabı ilə qalib gələrək “Şəhər kuboku”nun sahibi olub. Mingəçevir Tibb Kollecinin komandası üçüncü yeri tutub. Komanda üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR