Dənizdə boğulan balıqçının meyiti tapılıb

Dənizdə boğulan balıqçının meyiti tapılıb
11:53 12 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 12 noyabr, Elxan Yusifli, AZƏRTAC
Noyabrın 4-də Xəzər dənizinin Xaçmaz sahilində itkin düşən üç balıqçıdan daha birinin cəsədi aşkar edilib.
AZƏRTAC xəbər verir ki, rayonun Uzunoba kənd sakini İlqar Daşdəmirovun meyiti dənizin Niyazabad kəndi sahilində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Balıqçı Həmzə Nurəddinovun meyiti isə noyabrın 5-də Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsinin xilasediciləri tərəfindən Şabran rayonunun Çayqaraqaşlı kəndi istiqamətində aşkarlanmışdı.
Hazırda üçüncü balıqçı Laçın Laçınovun axtarışları davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Denizde_bogulan_baliqchinin_meyiti_tapilib-901287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR