Eldar Mahmudov ev dustağıdır?

Eldar Mahmudov ev dustağıdır?
12:05 12 Noyabr 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

Sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib; E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki "çete"nin illərdir əldə etdiyi qeyri-qanuni milyardların izini tapmaq üçündür 

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ev dustağıdır. Bu sensasion məlumatı redaksiyamıza verən mənbənin sözlərinə görə, bununla bağlı qərar oktyabrın 17-də verilib. Qeyd edək ki, Cinayət Məcəlləsinin 154.2.1-154.2.9-cu maddələrində nəzərdə tutulmuş qəti imkan tədbirləri sırasında ev dustaqlığı da var. Qaynağımızın iddiasını rəsmi mənbələrdən dəqiqləşdirmək mümkün olmasa da, ortaya daha maraqlı məqam çıxıb. 

Çünki ev dustaqlığı həbsə alternativ qəti imkan tədbiri olduğundan şəxsin həbsə alınması barədə məhkəmənin qərarı alındıqdan sonra onun əvəzinə seçilə bilər. Yəni bu o deməkdir ki, oktyabrın 17-də işdən çıxarılan E.Mahmudov barədə həbs sanksiyası verilib, amma bu, ev dustaqlığı ilə əvəz olunub. Mənbəmiz onu da dəqiqləşdirib ki, sabiq nazirin nəzarət altında saxlanılması barədə mediadakı xəbərlər hüquqi baxımdan mümkün deyil. "Çünki Cinayət Məcəlləsində Prosessual Məcburiyyət Tədbirləri haqda fəsildə aydın yazılır ki, nəzarət altında saxlama yalnız yetkinlik yaşına çatmayan şəxsin barəsində seçilə bilər. Komandanlığın müşahidəsi altına vermə isə yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilir", - deyə bildirib.

E.Mahmudovun işdən çıxarılmasından dəqiqələr sonra  aralarında generallar da olan ən yaxın adamlarının qandallanması sabiq nazirin də təqsirləndirilən şəxs qismində barəsində qəti imkan tədbirinin seçiləcəyi əslində sensasiya deyil, bəlkə də zərurət idi. MTN-də baş verən tükürpədici faktlar açıqlandıqdan sonra ortaya "bəs Eldar Mahmudov?" sualı çıxıb. Onun ən inanılmış adamlarının həbsə alınması, bəzilərinin təhlükəsizlik orqanlarından qovulması, qohumlarının bütün dövlət işlərindən uzaqlaşdırılması sabiq nazirin rahat təqaüd həyatının olmayacağı deməkdir. Bütöv bir nazirlikdə yuxarıdan aşağı kadr təmizlənməsi, baş vermiş cinayətlərin hamısında birbaşa nazirin adının keçməsi  E.Mahmudov barədə həbs sanksiyası üçün əsasdır.

E.Mahmudov barəsində elə həmin gün həbs qərarının verilməməsi onun ciddi nəzarət altında saxlanıldığı versiyasını gücləndirib. Mənbəmiz isə iddia edir ki, sabiq nazir işdən çıxarılan gün onun barəsində həbs sanksiyası imzalanıb, bundan sonra isə onun ev dustaqlığı barədə məhkəmə qərarı verilib. Sabiq nazirə əmri ilə bərabər, həm də həmin sənədlər təqdim edilib. "Böyük ehtimalla nazir barədə sanksiyanı baş prokurorun müavini Rüstəm Usubov imzalayıb, Səbail Rayon Məhkəməsi isə ev dustaqlığı barədə qərar verib", - deyə mənbəmiz sonda bildirib. 

E.Mahmudovun bu cür təcridinə qərar verilməsinin daha bir səbəbi MTN-dəki "çete"nin illərdir əldə etdiyi qeyri-qanuni vəsaitlərlə bağlıdır. Məlumata görə, bu vəsaitin böyük bir hissəsi ən müxtəlif yollarla ölkədən çıxarılıb. Bu vəsaitin hətta bir neçə milyard ola biləcəyi ilə bağlı da iddialar var. İndi böyük bir qrup bu vəsaitin izini araşdırır və həmin pulların ölkəyə qaytarılmasını təmin etməyə çalışır.    
Yeri gəlmişkən, noyabrın 10-da təhlükəsizlik orqanlarından xaric edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun  və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanovun əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib. Toplanmış materialların hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunması E.Mahmudovun daha iki  generalının həbsini qaçılmaz edir. MTN-dəki cinayətkar şəbəkənin əsas fiqurantlarından biri olan Akif Çovdarov Eldar Mahmudovun "sağ əli" və kassiri hesab olunur və buna dair istənilən qədər fakt var. Prokurorluğun onlar barəsində həbs, yoxsa ev dustaqlığı qərarı verəcəyi yaxın 24 saatda bilinməlidir. Böyük ehtimalla, adı bir çox cinayətlərdə hallanan generallar barədə həbs-qətimkan tədbiri seçiləcək.

Bildirək ki, oktyabrın 17-dən keçən müddətdə sabiq nazirin görünməsi barədə yalnız bir xəbər keçib. Qeyri-rəsmi xəbərdə bildirilirdi ki, Eldar Mahmudov oktyabrın 25-də qudası,  Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin anasının dəfnində və yasında iştirak edib. Amma bunu təsdiq edən heç bir görüntü ortaya çıxmadığından bu xəbərin nə qədər səhih olduğu bilinmədi. "Yeni Müsavat" öz mənbələrindən yalnız onu dəqiqləşdirib ki, E.Mahmudov Badamdardakı villasında deyil, başqa mənzildə ev dustağı edilib.

"Yeni Müsavat"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Gəncədə ər arvadını vəhşicəsinə döydü

21 Sentyabr 2017 09:18

Neft ucuzlaşdı

21 Sentyabr 2017 09:18

"Liverpul"un "Barselona"dan istədiyi məbləğ - ŞOK RƏQƏM

21 Sentyabr 2017 09:17

İqtisadiyyat naziri Bərdədə vətəndaşları qəbul edəcək

21 Sentyabr 2017 09:12

"Qalatasaray" transferə başladı: milli üzvü...

21 Sentyabr 2017 09:07

Yaponiyada güclü zəlzələ

21 Sentyabr 2017 09:03

Kaliforniya prokuroru Meksika ilə sərhəddə divarın çəkilməsinə qarşı İDDİA QALDIRDI

21 Sentyabr 2017 08:58

Puerto-Riko adası "Mariya" qasırğa nəticəsində tamamilə İŞIQSIZ QALDI

21 Sentyabr 2017 08:48

KXDR-in xarici işlər naziri Trampı təhqir edib

21 Sentyabr 2017 08:47

Meksikada zəlzələ nəticəsində ölənlərin sayı 230-a çatdı

21 Sentyabr 2017 08:38

Budaq Portuqaliyada yenilgiyə üzüldü

21 Sentyabr 2017 08:37

"Bu, əlamətdar hadisədir" - Rövnəq Abdullayev

21 Sentyabr 2017 08:27

Britni Spirs Olimpiya oyunlarında iştirak edəcək - VİDEO

21 Sentyabr 2017 08:23

Bakıda yüksək dozada narkotik maddə qəbul edən gənc ölüb

21 Sentyabr 2017 08:22

Ərdoğan Putinlə görüşəcək - sentyabrın 28-də

21 Sentyabr 2017 08:13

Kamran Ağayev oynadı, darmadağına sevindi

21 Sentyabr 2017 08:07

Paytaxtda “Opel” yandı

21 Sentyabr 2017 07:49

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 07:48

ABŞ-da prokuror prezidentə qarşı iddia qaldırdı

21 Sentyabr 2017 07:44

Ər arvadını döyüb xəstəxanalıq etdi - Gəncədə

21 Sentyabr 2017 07:39

Çilidə naməlum şəxslər kilsələri yandırıblar

21 Sentyabr 2017 07:37

Millimizin forvardı dubl etdi

21 Sentyabr 2017 07:27

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 07:23

Tramp İranla bağlı qərarını gizli saxlayır

21 Sentyabr 2017 07:04

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 06:58

Abşeron rayonunda orta yaşlı kişi bıçaqlanıb

21 Sentyabr 2017 06:57

Cənubi Koreya KXDR-ə əl uzatdı

21 Sentyabr 2017 06:44

Rusiyada zəlzələ olub

21 Sentyabr 2017 06:37

FED ABŞ iqtisadiyyatında artım proqnozunu yüksəldib

21 Sentyabr 2017 06:28

Sabah paytaxtda 35, bəzi bölgələrdə 37 dərəcə isti olacaq

21 Sentyabr 2017 06:03

Bakıda ahıl kişi naməlum şəxs tərəfindən bıçaqlanıb

21 Sentyabr 2017 05:57

Altsheymer xəstələrinin çoxalması uzunömürlüyün artması ilə əlaqədardır

21 Sentyabr 2017 05:33

Tillerson: "İran Yaxın Şərqdə sabitliyə təhdid törədir"

21 Sentyabr 2017 05:27

Londondakı terrora görə daha bir nəfər tutuldu

21 Sentyabr 2017 05:24

Məhəmməd İngiltərədə oğlanlara verilən ən məşhur adlardan biridir

21 Sentyabr 2017 05:12

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 04:58

Kamran oynadı, komandası 1/8 finala çıxdı

21 Sentyabr 2017 04:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 04:32

Zidan "Real"la yeni müqavilə imzaladığını açıqladı

21 Sentyabr 2017 04:28

Tayvanda atışma olub: ölən və yaralananlar var

21 Sentyabr 2017 04:12

Uşağa dərs oxutmağın effektli üsulları - VALİDEYNLƏRƏ QIZIL MƏSLƏHƏTLƏR

21 Sentyabr 2017 04:03

Poroşenko Ərdoğanla görüşdü

21 Sentyabr 2017 03:39

Kanadalı alimlər işığı əks etdirməyən NƏHƏNG PLANET aşkarladılar - FOTOLAR

21 Sentyabr 2017 03:28

Meksikada baş vermiş zəlzələ qurbanlarının sayı 230-a çatıb

21 Sentyabr 2017 03:12

İlin sonunadək daha 3 “HTC” smartfonu buraxılacaq

21 Sentyabr 2017 03:03

Ərdoğanla Poroşenko Nyu-Yorkda görüşüb

21 Sentyabr 2017 02:47

Azərbaycan prezidentinin ABŞ-a səfəri başa çatdı

21 Sentyabr 2017 02:44

Dünyagörüşünüzü dəyişəcək 12 qəribə xəritə

21 Sentyabr 2017 02:33

ABŞ-nın xüsusi prokuroru Ağ Evdən Trampın fəaliyyəti ilə bağlı sənədlər istəyib

21 Sentyabr 2017 02:27

Bakı metropolitenində “Wi-Fi” olacaq

21 Sentyabr 2017 02:18