Məşhur müğənni, əri və dayə: xəyanətin üstü açıldı - FOTO

Məşhur müğənni, əri və dayə: xəyanətin üstü açıldı - FOTO
12:05 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Populyar amerikalı müğənni və prodüser, 46 yaşlı Qven Stefaninin əri Qevin Rossdeylin xəyanətinin təfərrüatları bəlli olub.

Stefaninin artıq boşandığı əri ona 27 yaşlı dayə Mindi Mannla xəyanət edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Qevinlə Mindinin "eşq macəra"sı üç il davam edib. Qven Stefani isə çox sonra xəbər tutub.

"Qevin çox axmaqcasına ələ keçdi. Onun iPhone telefonu evdə uşaqlar və dayələrin istifadə etdikləri iPad-la sinxronlaşdırılıb. Mindi Mannın evin sahibi, Qvenin əri ilə aşiq-məşuq olduğunu xidmətçi qadınlardan biri anlayıb və bu barədə Qven Stefaniyə xəbər verib. Qven şokda idi", - ailənin dostlarından biri Us Weekly-yə bildirib.

Təbii ki, 27 yaşlı Mindi Mann dərhal qovulub, Qven Stefani isə ərini xəyanətdə suçlayıb. Qevin ittihamları rədd etsə də, sonucda hər şeyi etiraf edib və üç ildən bəri dayə ilə "eşq yaşadığını" söyləyib.
Qevinlə Mindinin indi görüşüb-görüşmədikləri bəlli deyil.

Qven Stefani isə "The Voice" qrupunun solisti, kantri müğənni Bleyk Şeltonla birlikdə yaşayır. Müğənninin "Used To Love You" mahnısı da Qevin Rossdeylə dağılmış nikaha həsr olunub.
 

Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR