Narkotik vasitələrin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb

Narkotik vasitələrin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb
12:13 12 Noyabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Əkbər Məmmədov gömrük nəzarətindən keçərkən üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, yoxlama zamanı ona məxsus sellofan torbanın içərisindəki plastik qabda 1500 millilitr həcmində metadon məhlulu aşkar olunub.
Buna bənzər hadisə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Əhməd Məmmədovun üzərində şəxsi yoxlama aparılarkən baş verib. Ə.Məmmədova məxsus sellofan torbada olan və üzərində “20 Eff. Tablets VITAMIN C” sözləri yazılmış dərman qutusunda isə 99 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar edilib. Yəni, bir qəbildən olan malın digər şəklə salınaraq gömrük nəzarətindən keçirilməsinə cəhdin qarşısı alınıb.
Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir. 1500 millilitr məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 1,5 qram, 99 ədəd həbdə isə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,98 qram təşkil edir.
Hər iki faktla bağlı təhqiqat aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Narkotik_vasitelerin_gomruk_serhedinden_kechirilmesinin_qarsisi_alinib-901295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR