İtkin düşən balıqçının meyiti tapıldı

İtkin düşən balıqçının meyiti tapıldı
12:26 12 Noyabr 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Noyabrın 4-də Xəzər dənizinin Şabran ərazisində itkin düşən balıqçılardan daha birinin meyiti tapıldı.

ANS PRESS-in xəbərinə görə, bu gün səhər Xaçmazın Uzunoba kənd sakini, 47 yaşlı İlqar Daşdəmirovun meyiti balıqçılar tərəfindən aşkarlanıb. İlqar Daşdəmirovun ailəsi daha öncə də belə faciə ilə qarşılaşıblar. Belə ki, onun qardaşı 7 il öncə Yeni il bayramı günü balıqçı qayığı ilə Xəzərdə itkin düşüb.


İ.Daşdəmirovun meyiti tapıldı

ANS PRESS-in məlumatına görə, 3 gün əvvəl digər balıqçı Həmzəbəy Nurəddinovun meyiti Şabran ərazisində tapılıb ailəsinə təhvil verilsə də Tikanoba kənd sakini Laçın Laçınovun meyiti hələ də tapılmayıb. Balıqçının ailəsi hələ də yol gözləyir.


Meyiti balıqçılar tapıb

Xatırladaq ki, 3 balıqçı noyabrın 4-ündə itkin düşüblər. Dənizə balıq tutmaq niyyəti ilə gedənlərlə həmin gün qəfil əsən küləkdən sonra əlaqə saxlamaq mümkün olmayıb. İtkin düşənlərin hər 3-ü Xaçmaz rayon sakinidir. Balıqçıların qohumlarının ANS PRESS-ə verdikləri məlumata görə, onların qayıqları sahildən 500 metr aralıda aşkarlanıb.




İtkin balıqçı Laçın Laçınovun meyiti axtarılır

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364592

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR