Çilidə dünyanın ən böyük teleskopunun inşasına başlanılıb

Çilidə dünyanın ən böyük teleskopunun inşasına başlanılıb
12:27 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 12 noyabr. REPORT.AZ/ Çilinin Atakama səhrasında dünyanın ən böyük teleskopu olacaq "Giant Magellan Telescope"un (GMT) inşasına başlanılıb.
"Report" TASS-a istinadən xəbər verir ki, təməlqoyma mərasimində Çili prezidenti Mişel Baçelet də iştirak edib.
Teleskopun yeddi seqmentdən ibarət əsas güzgüsünün diametri 25,4 m olacaq. Cihaz vasitəsilə "Habbl" kosmik teleskopu ilə çəkilmiş şəkillərdən 10 dəfə daha dəqiq görüntü almaq mümkün olacaq. Teleskop 22 mərtəbəli bina hündürlüyündə olan günbəzlə qorunacaq.
Alimlər cihaz vasitəsilə Günəş sistemi xaricində olan qara dəliklər və səma cisimləri haqqında daha çox informasiya toplaya biləcəklərinə və bəlkə də Yerə oxşar planet tapa biləcəklərinə ümid edir.
2500 metr hündürlükdə yerləşən astronomik cihazın 2021-ci ildən fəaliyyətə başlayacağı gözlənilir. Tikintinin dəyəri 500 milyon ABŞ dollarından çoxdur. Layihədə ABŞ, Avstraliya, Braziliya, Cənubi Koreya və Çili iştirak edir.

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/cilide-dunyanin-en-boyuk-teleskopunun-insasina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR