Ziyafət Əsgərov: Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər təhlükəsizlik sisteminə heç bir təsir göstərməyib

Ziyafət Əsgərov: Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər təhlükəsizlik sisteminə heç bir təsir göstərməyib
12:28 12 Noyabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bununla əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: “Bu baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz. Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2455426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR