Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimi verilib

Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimi verilib
12:28 12 Noyabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 12 noyabr, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində və bütün rayonlarında sosial müdafiəyə ehtiyacı olan, ümumilikdə, 373 məktəbliyə qış geyimi verilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi hər iki valideynini itirmiş 32, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud 261, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələrdən olan, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 80 şagirdi qış geyimi ilə təmin edib.
Distant tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 22 uşağa da evlərində qış geyimi təqdim olunub.
Qeyd edək ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunublar. Onların sağlam böyümələri, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı tədbirlər görülür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sosial_qaygiya_ehtiyaci_olan_mekteblilere_qis_geyimi_verilib-901301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR