Fədayə Laçın: "Atamı ikinci ailəsi atdı, anamla 35 il sonra barışdılar"

Fədayə Laçın: "Atamı ikinci ailəsi atdı, anamla 35 il sonra barışdılar"
12:29 12 Noyabr 2015
107 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Fədayə Laçının atası 35 ildən sonra onların yanına qayıdıb. Lent.az-ın məlumatına görə, bu barədə ifaçı “Bizimləsən” verilişində deyib. O bildirib ki, atası ilə anası 35 ildən sonra barışıb: “İnsan gərək hər gününə şükür etsin. Bu günümə şükür edirəm. Bu, həyatdır, taledir. Hər kəsin başına bir iş gələ bilər. Atam illər öncə bizi atıb getmişdi. Atam anamdan ayrılandan sonra ikinci dəfə ailə qurdu. Həmin evlilikdən iki övladı oldu. Onları yerbəyer etdi. İllər sonra atam xəstələnəndən sonra onlar atama sahib çıxmadılar. Dar günündə onu atdılar. İkinci evliliyindən olan övladları onu atandan sonra düz 35 ildən sonra atam bizə xəbər göndərdi ki, gəlin. Mən də getdim, onu xəstəxanaya yerləşdirdim. Çünki mənim atam elə-belə kişi olmayıb. Bu günləri atama qulluq etməyim mənim övladlıq borcumdur. Artıq atamla anam artıq barışıb, bir yerdədirlər. Onları Allahın izni ilə birləşdirdik. Övladı atan atanı başa düşürəm. Amma ananı yox”.

 

Daha sonra Fədayə Laçının atası danışıb: “Fədayənin anası ilə bir-birimizi sevirdik. Tələbə vaxtı birinci kursda oxuyanda onu qaçırtdim. İki qızımız oldu. Sonra həyat elə gətirdi ki, biz ayrıldıq. Ondan ayrılsam da, onu bu gün də sevirəm. Bu həyatda yeganə məhəbbətimi qazanan insan o qadın olub".

 

Övladlarından da danışan müğənninin atası bu sözləri deyib: “Etiraf edirəm ki, mən Fədayəyə yaxşı ata olmamışam. Amma o, övlad kimi yaxşı övladdır. Hətta bir dəfə televiziyada eşitdim ki, o, yaxın dostlarından mənim tez sağalmağım üçün dua etmələrini xahiş edir. Həmin vaxtlarda da mən qaraciyərimdən əməliyyat olunurdum. Qızım mənə oxşayıb. Kiməsə yaxşılıq etməkdən zövq alır".

 

Qeyd edək ki, F. Laçının atası qaraciyər serrozundan əziyyət çəkirdi. İfaçı bir müddət öncə açıqlamasında bildirmişdi ki, atasının əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında uğurla başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR