Amerikalı diplomatlar Poltavadakı Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində olublar

Amerikalı diplomatlar Poltavadakı Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində olublar
12:33 12 Noyabr 2015
61 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 12 noyabr, AZƏRTAC 
ABŞ-ın Ukraynadakı vitse-konsulu Fredrik Nikolas Stouks və bu ölkənin Ukraynadakı səfirliyinin konsul şöbəsinin assistenti Anna Antonova Poltava İqtisadiyyat və Ticarət Universitetində (PİTU) olublar.
Amerikalı diplomatlar bu ali məktəblə tanışlıq çərçivəsində Bakı Slavyan Universitetinin (BSU) PİTU-da fəaliyyət göstərən Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzində (AMTM) olublar.
Mərkəzin direktoru, dosent Yaşar Alxasov qonaqlara Ukrayna ilə Azərbaycan arasında sıx elmi-təhsil əlaqələri barədə, Azərbaycan Respublikası Prezidenti yanında “Bilik” Fondu, BSU və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Ukraynanın aparıcı ali məktəbi olan PİTU arasında əlaqələrin son vaxtlar intensiv inkişaf etməsi barədə məlumat verib.
Xatırladaq ki, AMTM 2011-ci ildən fəaliyyət göstərir. Cari tədris ilindən başlayaraq “Azərbaycan multikulturalizmi” adlı yeni fənn öyrənilir. Bu yaxınlarda birgə hazırlanmış “Azərbaycanca–rusca-ukraynaca danışıq kitabçası” və “Ukraynaca-rusca-ingiliscə-azərbaycanca terminoloji lüğət” adlı tədris-metodik vəsaitlər nəşr edilib.
ABŞ səfirliyinin nümayəndələri BSU və PİTU alimlərinin Mərkəzdə fəaliyyət göstərən sərgidə nümayiş etdirilən kitabları ilə də tanış olublar.
Qonaqlar Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi ilə tanışlıqdan məmnun olduqlarını bildiriblər.
Zeynal Ağazadə
AZƏRTAC—ın xüsusi müxbiri
Kiyev 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Amerikali_diplomatlar_Poltavadaki_Azerbaycan_Medeniyyet_ve_Tehsil_Merkezinde_olublar-901302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR