PSJ ulduz futbolçu uğrunda mübarizəyə qoşuldu

Daha öncə "Real"ın "Çelsi"nin yarımmüdafiəçisi Eden Azarla yaxından maraqlandığı barədə xəbər vermişdik.

Son olaraq isə PSJ belçikalı futbolçu uğrunda mübarizəyə qoşulub. Bu haqda "Daily Mail" məlumat yayıb. Xəbərdə PSJ rəhbərliyinin Azarı Fransaya qayıtmağa razı saldığı qeyd olunub.

Mümkün transfer 80 milyon avro dəyərində qiymətləndirilir. Xatırladaq ki, yarımmüdafiəçi keçən il "Çelsi" ilə yeni 5 illik saziş imzalamışdı.

Joze Mourinyo daha bir mövsüm "Çelsi"də qalarsa, Azarın komandanı tərk edəcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR