Bank VTB (Azərbaycan)-da Azərbaycanın məşhur yazıçısı Çingiz Abdullayevlə görüş keçirilib

12:53 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bank VTB (Azərbaycan)-ın baş ofisində Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.

Bank VTB (Azərbaycan)-ın Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev və Çingiz Abdullayev Azərbaycan ədəbiyyatı, incəsənəti barədə fikirlərini paylaşıb, eləcə də mədəniyyət, incəsənət və idman sahəsində VTB qrupun həyata keçirdiyi sponsor layihələrini müzakirə edib. Yuri Yakovlevin sözlərinə görə, bank VTB Rusiyada bir çox idman klublarını dəstəkləyir və bir sıra yığmalara sponsorluq edir. VTB Rusiyanın mədəniyyət həyatında da fəal iştirak edir. VTB Bolşoy teatr və Tretyakov Qalereyasınn Qəyyumlar şuralarına daxildir, aparıcı bədii kollektivlərin tərəfdaşıdır.

Görüşün yekununda yazıçıya rus və dünya ədəbiyyatı klassiklərinin unikal nəşrlər seriyası hədiyyə edilib. Bu kitablar Rusiya dövlət kitabxanası və VTB-nin “Dünya ədəbiyyatı klassikləri. Söz və Obraz” adlı birgə layihəsi çərçivəsində nəşr edilib.

Öz növbəsində Çingiz Abdullayev öz imzası ilə olan bir neçə kitabını Yuri Yakovlevə hədiyyə edib.

Arayış üçün:
Çingiz Abdullayev – detektiv janrının ən populyar müasir müəlliflərindən biridir. Dünyada 29 dildə Çingiz Abdullayevin 28 milyondan çox kitabı nəşr edilib, onun əsəsrləri əsasında bir çox filmlər çəkilib.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80
Faks: (012) 437 71 21
E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2455454.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR