İran parlamentinin deputatı: ABŞ çox etibarsız tərəfdaşdır

12:53 12 Noyabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Tehran, 12 noyabr, AZƏRTAC 
İran və “altılıq” ölkələrinin nüvə proqramı ilə əlaqədar razılıq əldə etmələri rəsmi Tehranla ABŞ-ın münsibətlərinin yaxşılaşması demək deyil.
Bu sözləri İran parlamentinin təhlükəsizlik məsələləri üzrə komitəsinin sədr müavini Mənsur Həqiqətpur deyib.
Deputat Prezident Barak Obamanın İrana qarşı tətbiq edilən sanksiyaların daha 1 il uzatması haqqında qərarını şərh edərək bildirib ki, razılığa əsasən ABŞ heç də bütün sanksiyaları ləğv etmək istəmir. İranın raket proqramı ilə bağlı sanksiyalar saxlanılır və rəsmi Tehran əsassız və heç bir sübut təqdim edilmədən terroru dəstəkləyən dövlət adlandırılaraq əlavə qadağalara məruz qalır.
M.Həqiqətpur deyib ki, ABŞ çox etibarsız tərəfdaşdır. İki ölkə arasındakı gərginlik ABŞ İrana qarşı düşmənçilik siyasətini yürütdükcə davam edəcək.
Xatırladaq ki, noyabrın 11-də Barak Obama bəyan edib ki, ABŞ-ın İranla münasibətləri hələlik normallaşmayıb və buna görə də bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların daha 1 il uzadılması zəruridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR