“Azərbaycan Hava Yolları” tələbələr üçün endirim elan edir

“Azərbaycan Hava Yolları” tələbələr üçün endirim elan edir
12:58 12 Noyabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 noyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları” (AZAL) tələbələr üçün bütün beynəlxalq istiqamətlər üzrə biletlərə 10 faiz endirim elan edir.
“Azərbaycan Hava Yolları” QSc-dən AZƏRTAC-a bildirilib ki, bu endirim 25 yaşa kimi olan tələbələr üçün “Azərbaycan Hava Yolları”nın beynəlxalq reyslərində həm ekonom, həm də biznes klass üzrə aviabiletlərə tətbiq edilir. Kampaniya AZAL-ın Moskva, Antalya, İstanbul və Dubaya yerinə yetirilən aşağı büdcəli reyslərinə tətbiq edilmir.
Aviabiletləri əldə etmək üçün Azərbaycan və xarici universitetlərin tələbələri AZAL aviaşirkətinin satış ofislərinə yaxınlaşaraq tələbə bileti və ali təhsil müəssisəsindən arayış təqdim etməlidir.
Xatırladaq ki, avqustun 1-dən etibarən "Azərbaycan Hava Yolları" bütün sərnişinlər üçün beynəlxalq istiqamətlər üzrə cari ekonom-klass tariflərinə 20-30% faiz endirim tətbiq edib.
Biletləri AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bronlaşdırmaq və əldə etmək mümkündür. Reys çərçivəsində AZAL Miles bonus proqramından istifadə etmək olar (proqram haqqında məlumatı bu linkdə əldə etmək olar http://www.azal.az/az/azal-miles).
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün : +(99412) 598-88-80 *8880 telefon nömrələri ilə və callcenter@azal.az e-mail vasitəsiylə əlaqə saxlamaq olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Hava_Yollari_telebeler_uchun_endirim_elan_edir-901315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR