Bakıda Dördüncü Beynəlxalq “Harmoniya” Dostluq Festivalı keçirilib

13:07 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

“Report” xəbər verir ki, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Böyük zalında keçirilən tədbirə məktəbin şagirdləri ilə yanaşı paytaxtın R.Behbudov adına 2, 11, T.Quliyev adına 12. R.Hacıyev adına 15, M.Maqomayev adına 26, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri qatılıb.
Festivalın ilk iki günündə Gürcüstan və Azərbaycan uşaqlarının ifasında yüzdən çox Azərbaycan, gürcü, rus və Avropa musiqi inciləri səslənib.
Gənc musiqiçilər üçün bayrama çevrilən bu tədbirin son günündə Azərbaycan və Gürcüstanın yüksək dərəcəli mütəxəssislərindən ibarət münsiflər heyəti qalibləri müəyyən edərək onları diplomlar və mükafatlarla təltif ediblər.
Festivalın əsas mükafatını - 2016-cı ildə Türkiyədə keçiriləcək Beynəlxalq müsabiqədə iştirak üçün maliyyə xərclərinin ödənilməsi - Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Orxan Hüseynov (violonçel) qazanıb.
Bundan əlavə, daha iki iştirakçının - R.Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Emil Əhmədzadə (fortepiano) və Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi Nailə İbrahimovanın (fortepiano) bu müsabiqədə iştirak etmə xərclərinin 50%-ni Festival təşkilatçıları öz üzərilərinə götürüb.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən bu tədbir mütəxəssislər arasında yaradıcı təcrübə mübadiləsinə şərait yaradaraq Azərbaycan- Gürcüstan dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/dorduncu-beynelxalq-harmoniya-dostluq-festivali-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR