Mərkəzi Bank: "Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib"

Mərkəzi Bank: "Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib"
13:12 12 Noyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin 9 ayında Azərbaycanın strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin edilib.

APA-nın xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Sənəddə vurğulanıb ki, 9 ayın sonuna strateji valyuta ehtiyatları 27 aylıq mal və xidmət idxalına kifayət edib və xarici dövlət borcunu 6 dəfə üstələyib.

Eyni zamanda, strateji ehtiyatlar manatla geniş pul kütləsini 4,5 dəfə üstələyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/381886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR