Tünzalə: "Əsl adım unudulub"

Tünzalə: "Əsl adım unudulub"
13:22 12 Noyabr 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Tünzalə Əliyeva bir çoxlarının onun gerçək adını bilmədiyini deyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktrisa onu "Toppuş bacı" kimi daha çox tanıdıqlarını bildirib:

"Bu ləqəbi çox sevmişəm. Mənə uğur gətirib. Getdiyim hər yerdə məni görəndə "Toppuş bacı" deyirlər. Hamı mənə və bu ləqəbə hörmətlə yanaşıb. Əgər lazım gələrsə, bu ləqəbə son qoyub, başqa adla tanınmağa çalışacam. Hətta insanlar gerçək adımı bilmirlər, Tünzalə Əliyeva yaddan çıxmış vəziyyətdədir. Hansısa bir ciddi yerə gedəndə deyirlər ki, "Üzr istəyirəm, adınız nə idi?" Amma son günlər məni Durna kimi də tanıyırlar".

Qeyd edək ki, T.Əliyeva "Qardaşlar" serialında Durna obrazını canlandırır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/381835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR