Təhsil şöbəsi müdirləri və məktəb direktoru nöqsanlara görə işdən çıxarıldılar

Təhsil şöbəsi müdirləri və məktəb direktoru nöqsanlara görə işdən çıxarıldılar
13:27 12 Noyabr 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda iki rayonun təhsil şöbəsinin müdiri nöqsanlara görə tutduqları vəzifədən kənarlaşdırılıblar.

Bu barədə APA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Zərdab Rayon Təhsil Şöbəsinin müdiri Baba Babayev və Saatlı Rayon Təhsil Şöbəsinin müdiri Şamil Nurəliyev vəzifə funksiyalarının icrasında ciddi nöqsanlara yol verdiklərinə görə vəzifədən azad olunublar.

Bundan başqa, Xocavənd Rayon Təhsil Şöbəsinin müdiri Şəfahət Yusifov dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə, Yevlax Rayon Təhsil Şöbəsinin müdiri Raqub Mirzəyev öz ərizəsinə əsasən tutduqları vəzifədən azad ediliblər.

Məlumatda o da bildirilib ki, Bakı şəhəri 55 nömrəli tam orta məktəbin direktoru Vahid Dəmirov vəzifə funksiyalarının icrasında, məktəbə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/381897.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR