Ziyafət Əsgərov: "Rusiya SSRİ-nin varisi kimi Qarabağ probleminin həllində maraqlı olmalıdır"

Ziyafət Əsgərov: "Rusiya SSRİ-nin varisi kimi Qarabağ probleminin həllində maraqlı olmalıdır"
13:32 12 Noyabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

"Rusiya ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir. Əslində Dağlıq Qarabağ problemi bizə SSRİ-dən qalmış problemdir və Rusiya da SSRİ-nin hüquqi varisidir. SSRİ-nin varisi kimi Dağlıq Qarabağ probleminin həllində Rusiya daha çox maraqlı olmalıdır".

APA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov deyib ki, çox təəssüf ki, bu günə qədər nəticə əldə edilməyib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda da, o cümlədən İrəvanda  da olarkən bəyanat verib. Rusiya problemin yerindən tərpənməsinə köməklik göstərmək istəyirsə, bu, yaxşıdır. Amma biz münaqişənin köklü surətdə həll olunmasını arzulayırıq. Bütövlükdə Dağlıq Qarabağ və Dağlıq Qarabağa bitişik rayonlarda Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün təmin olunmasını istəyirik".
 
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli müqabilində Rusiyanın Azərbaycanın Avrasiya İttifaqına üzv olması barədə şərt irəli sürməsi barədə yayılan xəbərlərə gəlincə, Z. Əsgərov bildirib ki, Azərbaycanla heç him şərt dilində danışa bilməz: "Heç kim bizə şərt qoymasın. Bizim haqqımızdır ki, suverenliyimizi və ərazi bütövlüyümüzü təmin edək. O başqa məsələdir ki, Azərbaycan hansı təşkilatlarla əməkdaşlıq edəcək, necə edəcək, hansı şəraitdə edəcək. Azərbaycanın milli və dövlət maraqlarına cavab verəcəksə, bu məsələyə də baxmaq olar. Əvvəldən şərt qoymaq düzgün deyil. Onu da deyim ki, mən həmin şərti eşitməmişəm, bəzi mətbuat orqanları yazır. Amma bizimlə şərt dilində danışmaq lazım deyil".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/381885.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR