Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

13:42 12 Noyabr 2015
13 Sosial
Ölkə mətbuatı
A- A+

Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şurada Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncağındakı parlaq nitqinin əhəmiyyətini xüsusi vurğulayıb: "Prezident nitqində müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərin yaradılması vaxtının gəlib çatdığını qeyd etdi. Azərbaycan gələn il biz müstəqilliyinin 25 illiyini qeyd edəcək. Hesab edirəm ki, o vaxta qədər bu sanballı elmi əsər yaradılacaq”.
Yaqub Mahmudov dövlət başçısının tarix elmləri haqda dediklərini Tarix İnstitutunun fəaliyyətinə verilən ən yüksək qiymət kimi dəyərləndirib və o bildirib ki, Elmi Şuranın iclasında gündəliyin baş məsələsi müstəqillik dövrünə həsr edilən "Azərbaycan Respublikasının İnkişaf Strategiyası yeni mərhələdə" adlı yeni kitabın nəşrə hazırlanmasıdır. Y.Mahmudov kitabın nəşri ilə bağlı tarixçi-alimlərə konkret tapşırıqlarını verib.
Tarix İnstitutunun Elmi Şurasında Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunacaq kitabın müəllif heyəti müəyyənləşdirilib. Yaqub Mahmudov Elmi Şurada tarixçi-alimlərə kitabın hazırlanması ilə bağlı tapşırıqlarını verib və kitabın yazılması ətrafında elmi müzakirələr aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunan ümumi yığıncağındakı nitqində bildirib ki, Azərbaycanın müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər yaradılmalıdır: "Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı elmi əsər yaradılarsa, bayramımıza çox yaxşı töhfə ola bilər".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR