Bakının qadınlardan ibarət "Telekom" voleybol klubu Çempionlar Liqası yarışlarında ikinci oyununu keçirib.
Milli.Az report-a istinadən xəbər verir ki, İstanbulda Burhan Felek Voleybol Salonunda "Telekom" yerli "Fənərbağça" komandasının qonağı olub.
Avstriyalı baş hakim Harald Socanın idarə etdiyi görüş "Fənərbağça"nın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Telekom" Bakıda təşkil olunan ilk görüşündə Polşanın "İmpel" komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.
Komandamız növbəti oyununu noyabrın 25-də Almaniyada yerli "Drezdner" komandasına qarşı keçirəcək.
"Telekom"un yer aldığı "E" qrupunda digər oyununda isə "Drezdner" komandası səfərdə "İmpel"ə 3:2 hesabı ilə qalib gəlib.
Milli.Az