Bakı məktəbindəki silahla insidentlə bağlı açıqlama

Bakı məktəbindəki silahla insidentlə bağlı açıqlama
13:51 12 Noyabr 2015
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Qaradağ rayonu Lökbatan qəsəbəsində 106 nömrəli tam orta məktəbdə dərs zamanı baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən ANS PRESS-ə verilən məlumata görə, hadisə ilə bağlı qurumun daxili nəzarət sektoru tərəfindən araşdırma aparılır.

Baş vermiş hadisənin təfsilatı ilə bağlı həmin məktəbin direktoru və texnologiya müəlliminin izahatları alınıb.

İlkin araşdırmaya görə, hadisə zamanı mediada qeyd edildiyi kimi şagird xəsarət almayıb. O, hazırda şagird dərsdədir.

"Hadisənin baş vermə səbəbləri araşdırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbir görüləcək".

Bu gün yayılan məlumata görə, Bakının Lökbatan qəsəbəsində 106 saylı orta məktəbin 7c sinfində dərs zamanı şagird sinif yoldaşını sinəsindən güllələyib. Əmək təlimi dərsində müəllim, Bakı sakini 1966-cı il təvəllüdlü Hidayət Qurbanova məxsus Türkiyə istehsalı olan “Kral Air Rfle” markalı pnevmatik tüfəngdən istifadə zamanı şagird 2003-cü il təvəllüdlü Hacı Əliyev ehtiyatsızlıqdan atəş açaraq sinif yoldaşı olan həmyaşıdı Murad Nurzadəni sinəsindən yaralayıb.
Yaralı M.Nurzadə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.


“Kral Air Rfle” markalı pnevmatik tüfəng


Qaradağ rayonundakı 106 saylı məktəbin direktoru Təranə Qasımova uşaqların silaha baxarkən qəfildən silahın açaıldığını deyib. "O, odlu silah olmayıb, sancaq tipli patron olub. Bu, bir bədbəxt hadisədir, olub. Hazırda Hidayət müəllim də, şagird Murad da dərsdədirlər".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=364606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR