Metro stansiyalarında satış yerləri genişləndiriləcək

Metro stansiyalarında satış yerləri genişləndiriləcək
13:56 12 Noyabr 2015
29 Şou
Ölkə mətbuatı
A- A+

Metro stansiyalarında olan kitab satışı yerləri artırıla bilər.

Axşam.az-ın məlumatıan görə, bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda Metropolitenin iki stansiyasında belə yerlər var.

N.Paşayev gələcəkdə stansiyalarda sərnişinlərin salfet və su alması üçün müasir aparatların quraşdırılmasını da istisna edilmir:

“İçərişəhər” və “Koroğlu stansiyalarında kitab və gül satışı yerləri var. Gələcəkdə digər stansiyalarda əsaslı təmir işləri aparılan zaman bu məsələ yenidən gündəmə gələ bilər. Yəni, stansiyalarda müvafiq yer olduğu təqdirdə, kitab satışı üçün yerlərin ayrılması nəzərdə tutulur. Amma bizim üçün ən əsası sərnişinlərin metro stansiyalarında gediş-gəlişinin maneəsiz təşkilidir. Ona görə də kitab satışı, o cümlədən sərnişinlərin salfet və su almaları üçün xüsusi aparatların metroda yerləşdirilməsi yalnız müvafiq yerlərin olmasından asılıdır”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=40633

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR