Ölümü vecinə almadı (VİDEO)

Ölümü vecinə almadı  (VİDEO)
13:58 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Braziliyanın Rio de Janeyro şəhərində reyslərin üzərindən yolu keçən yaşlı kişi diqqətsizliyinə görə az qala həyatı ilə vidalaşacaqdı.

Trend-in Türkiyənin İHA agentliyinə istinadən verdiyi məlumata görə, qoca kişinin laqeydsizliyi müşahidə kameraları tərəfindən görüntülənib.

Videogörüntüdən görmək olar ki, ixtiyar həyatını heçə sayaraq yolu keçməyə çalışır.

Belə ki, o, qatarın gəlməsinə baxmayaraq, addımlarını tezləşdirmək əvəzinə astaca yoluna davam edir.

Kişini qatarın altına düşməsindən saniyə ayırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2455456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR