x
Loading...
.

“Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabının təqdimatı keçirilib

“Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabının təqdimatı keçirilib
14:08 12 Noyabr 2015
56 Digər
Ölkə mətbuatı
A- A+
.


Bakı, 12 noyabr, Ceyhun Alışlı, AZƏRTAC
Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində filologiya elmləri doktoru, Cavidşünas, filoloq-tarixçi, professor Əjdər Tağıoğlunun (İsmayılov) “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov çıxış edərək kitabın 1991-ci il kiril qrafikalı nəşri əsasında latın qrafikasında yenidən nəşr olunmasını təqdirəlayiq hesab edib. O, Cavid yaradıcılığına aid olan bu monoqrafiyanın romantizm tarixinin ümumi konsepsiyası ilə əlaqəli elm və tədqiqatların təkmilləşdirilməsi istiqamətində çox mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Kitabda Əjdər Tağıoğlunun zəngin elmi-nəzəri, mifoloji və ədəbi materiallardan təhlil yolu ilə məharətlə istifadə etdiyini vurğulayan alim onun tarixi-tipoloji aspektdən Azərbaycan və dünya romantizminin ictimai və estetik mahiyyətini açmaqla yanaşı, H. Cavid yaradıcılığını klassik ənənəyə bağlayan cəhətləri müəyyənləşdirməyə çalışdığını diqqətə çatdırıb.
Daha sonra filologiya elmləri doktoru, professor Tofiq Hüseynov kitab haqqında fikirlərini bölüşərək nəşrin Cavidşünaslıqda bir yenilik olduğunu bildirib.
Qeyd olunub ki, kitabda müəllif yazıçının fərdi baxışından irəli gələn səbəbləri özünəməxsus təhlili ümumiləşdirmələri ilə çatdırıb.
Müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirb.
Sonda kitab iştirakçılara təqdim edilib.
Qeyd edək ki, Əjdər Tağıoğlu 1989-cu ildə “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
 


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Huseyn_Cavid_yaradiciligi_ve_dunya_edebiyyatinda_demonizm_enenesi_kitabinin_teqdimati_kechirilib-901342

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR