Nazirlik mütəxəssis axtarır

Nazirlik mütəxəssis axtarır
14:27 12 Noyabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Təhsil Nazirliyi bəzi dərsliklərin gürcü dilinə tərcüməsinin keyfiyyətinin eskpertizasını aparmaqdan üçün gürcü dili üzrə mütəxəssis axtarır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün "Azərbaycan dili (dövlət dili kimi)", "Riyaziyyat", "Xarici dil", "İnformatika", "Həyat bilgisi", "Texnologiya", "Musiqi", "Təsviri incəsənət", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya", "Biologiya", "Coğrafiya", "Fiziki tərbiyə" fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası aparılacaq.

Xidmətin icra müddəti bu ilin dekabr ayından gələn ilin dekabr ayınadək olacaq.

Xidmət üzrə tələb olunan mütəxəssis seçimi zamanı müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara, pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/381923.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR