Nizami Kino Mərkəzində "Cin quyusu" başlanıb - FOTO

Nizami Kino Mərkəzində "Cin quyusu" başlanıb - FOTO
14:32 12 Noyabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Noyabrın 12-dən Nizami Kino Mərkəzində Çili və ABŞ-ın "Kimdir orada", ABŞ-ın "Şef", Rusiyanın "Tərcüməçi ", Türkiyənin "Cin kuyusu" və milli kinematoqrafçıların istehsalı olan "İki tüstü" filmlərinin nümayişi başlanıb.

"Kimdir orada" trillerinin rejissoru və ssenari müəllifi Eli Rotdur. Filmin sloqanı: "Öz arzularından qorx" Yaş həddi: 18+

Ailəsini istirahət günlərində dincəlməyə göndərən Evan, evdə qalıb təcili bitirməli olduğu layihə üzərində çalışır. Qəfildən yağışa düşmüş və yolu itirən iki gənc qız qapını döyüb yardım istəyirlər. Evan heç ağlına belə gətirməzdi ki, yaxşılığının sonu dəhşətli hadisələrlə nəticələnəcək...

Baş rollarda Kianu Rivz, Lorentsa İzzo, Aaron Barns, İqnasiya Allamand, Den Beyli, Meqan Beyli, Kollin Kemp, Antonio çəkiliblər.

Növbəti "Şef. Adam Cons" filmini Stiven Naytın ssenarisi əsasında rejissor Con Uells dramatik komediya janrında çəkib. Yaş həddi: 18+

Film nə vaxtsa Parisdə yüksək reytinqli restoranı olan aşpazdan bəhs edir. Öz axmaq vərdişləri üzündən ikiulduzlu restoran səviyyəsinə enən aşpaz Londonda yeni komanda yığıb yüksək prestijli restoran açmağı qərara alır.

Rollarda Bredli Kuper, Sienna Miller, Omar Si, Daniel Brül, Rikkardo Skamarçio, Uma Turman, Emma Tompson, Sem Kili, Qenri Qudman və Metyu Riz çəkiliblər.

Kriminal dram janrında çəkilən "Tərcüməçi" filminin rejissoru Aleksey Nujnıy ssenari müəllifi Nikolay Kovbasdır. Ekran əsərinin yaş həddi: 16+

Ezamiyyətə gedən ata on iki yaşlı oğlunu da özü ilə aparır. Onlar burada yerli kriminal avtoritetin apardığı kriminal araşdırmanın şahidi olurlar. Oğul xəstəxanaya düşür. Onun həyatını ancaq xaricdə mümkün olan əməliyyat xilas edə bilər. Ata təhlükəli addım atmağa məcbur qalır. O, banda başçısının üç arzusunu yerinə yetirməlidir...

Baş rollarda Leonid Yarmolnik, Aleksandr İlyin (oğul), Mariya Andreyeva, Dmitri Astraxan, Semyon Treskunov, Luiza-Qabriella Brovina, Klara Laqo, Mixail Şamiqulov, Stanislav Dujnikov, Elena Plaksina çəkiliblər.

AF Media-Azərbaycan şirkətinin təqdim etdiyi "Cin kuyusu" qorxu filminin rejissoru Murad Toktamışoğludur. Sloqanı: "Cinlərin intiqamından Allaha sığının"

Film uşaqları olmayan bir ailənin baxıcı yanına getməyindən və sonra başlarına gələn hadisələrdən bəhs edir. Baxın, qorxmayın.

Baş rollarda Sinem Sarızayim, Zeynep Buse Kale, Beril Özgür, Cemal Baykal, Asi Güner, Emre Korkmaz və Kubilay Güleçoğlu çəkiliblər.

Yeni milli filmlər sırasına daxil olan "İki tüstü" kriminal komediya filminin rejissoru Əlisəttar Quliyevdir. Filmin sloqanı: "Bu kino başqa kinodur" Yaş həddi: 18+

Restoranda, ayaqyolunda, sevinə-sevinə iki tüstü Tima, iki tüstü Farik çəkəndə heç ağıllarına belə gəlməzdi ki, iki tüstüyə görə məhəbbət, xəyanət, əsl sevgi, kriminal anlar, xoşagəlməz hadisələrlə bol, macəra dolu olan bir gecə heç birinin yaddaşından silinməyəcək...

Rollarda Nəriman Abduləliyev, Diana Babayeva, Səməndər Rzayev, Tamilla Alverdiyeva, Həcər Ələkpərova, Vüsal Haci-Qədir, Elsevər Mehdizadə, Sumiyə Fərraz, Kənan Tahirov, Arif Quliyev, İradə Vəliyeva, Nigar Əliyeva, Rəna Ağamuradova, Bahəddin Tağızadə, Hüseyn Rəhimov, Orxan Salahov və Şəhriyar Nağıyev çəkiliblər.

Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)





Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/381909.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR