Ayda Müşərrəf Bakıya gəlir - "Yanğın var"

Ayda Müşərrəf Bakıya gəlir - "Yanğın var"
14:42 12 Noyabr 2015
Ölkə mətbuatı
A- A+

Noyabrın 27-də "VI THE FİRST" mükafatları sahiblərinə təqdim ediləcək. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə tədbirin təşkilatçısı Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, bu il 6-cı dəfə veriləcək mükafatın təqdimetmə mərasimində Azərbaycan və Türkiyənin tanınmış elm, mədəniyyət və siyasət adamları iştirak edəcəklər. Tədbirə "O səs Türkiyə" yarışındakı "Üsyan", "Yanğın var" ifaları ilə məşhurlaşan, əslən azərbaycanlı olan Ayda Müşərrəf də qatılacaq: 

"Bu mükafat mədəniyyətin inkişafı üçün nəzərdə tutulsa da, elm, siyasət, iqtisadiyyat, ədəbiyyat nümayəndələrinə də təqdim edilir. Bizim təqdim etdiyimiz "VI THE FİRST" mükafatı beynəlxalq mükafat sayılır. Mükafat monitorinq qrupumuzun seçdiyi namizədlərə təqdim ediləcək".

X.Rza bildirib ki, bu il Azərbaycan tərəfindən "ilin sənətçisi" ödülü xalq artisti Faiq Ağayevə təqdim olunacaq.

Qeyd edək ki, əvvəlki illərdə Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc, deputatlar Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Aqil Abbas, Türkiyənin tanınmış sənətçiləri Selami Şahin, Hilal Saral, Saruhan Hünel, Erkan Petekkaya, Bəyazit Öztürk, Serenay Sarıkaya, Soner Sarıkabadayı bu mükafata layiq görülüblər.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/381873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR