Vəkil: Arif Yunus evdə həkim nəzarəti altındadır

Vəkil: Arif Yunus evdə həkim nəzarəti altındadır
15:13 12 Noyabr 2015
26 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 noyabr /Trend/

Bu gün Apelyasiya Məhkəməsində Arif Yunus haqqında çıxarılmış həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdirilərək, "Başqa yerə getməmək" haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.

Bunu Trend-ə A.Yunusun vəkili Elçin Sadıqov bildirib.

Vəkilin sözlərinə görə, A.Yunus hazırda evdə həkim nəzarətindədir.

E.Sadıqov onu da əlavə edib ki, müvəkkili Bakı şəhəri hüdudlarından kənara çıxa bilməz və səhhətində müsbət dəyişiklik baş verdiyi halda, hökmə yenidən baxılacağı istisna edilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR