Məktəblilər Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Məktəblilər Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər
15:13 12 Noyabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bərdə, 12 noyabr, AZƏRTAC
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzinə ekskursiya edən 1 nömrəli tam orta məktəbin şagirdlərinə Azərbaycan Konstitusiyasının yaranması, dövlətçiliyimizin inkişafında, demokratik dəyərlərin bərqərar olmasında rolu barədə məlumatlar verilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Arifət Əhmədova ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyanın müddəalarından, Əsas Qanunun demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesindəki rolundan danışıb. Bildirib ki, milli Konstitusiyamızın qəbulundan keçən 20 il ərzində Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada mühüm uğurlar qazanıb və bu uğurlar Ulu Öndərimizin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da möhkəmlənir.
Məktəblilər Mərkəzdə ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu və fəaliyyətini əks etdirən eksponatlarla, foto və kitablarla tanış olublar.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR